image-lubnan-saldiri-aa-2284623backend

İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 483-ə yüksəlib

İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hücumlarda ölənlərin sayı 2 min 483-ə, yaralıların sayı isə 11 min 628-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsində hava hücumlarını davam etdirdiyi bildirilib.
Açıqlamada, İsrailin davam edən hücumları nəticəsində dünən 19 nəfərin öldüyü, 98 nəfərin yaralandığı, 8 oktyabr 2023-cü ildən Livana qarşı təşkil edilən hücumlarda həyatını itirənlərin sayının artdığı qeyd edilib. 2 min 483, yaralananların sayı isə 11 min 628-ə yüksəldi.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 471 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki