image-v2kbrshaberler789010_1727107787backend

İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 350-yə yüksəlib

İsrail ordusunun Livana hücumlarında ölənlərin sayı 2 min 350-yə, yaralıların sayı isə 10 min 906-ya yüksəlib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsində hava hücumlarını davam etdirdiyi bildirilib.
Açıqlamada İsrailin davam edən hücumları nəticəsində dünən 41 nəfərin öldüyü, 124 nəfərin yaralandığı, İsrailin 8 oktyabr 2023-cü il tarixindən bu yana Livana hücumlarında həyatını itirənlərin sayının 2350-yə yüksəldiyi və sayının artdığı ifadə edildi. yaralıların 10.906-ya yüksəldiyi qeyd edildi.
İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki