image-filistinli-esirler-rehine-takasi-aa-2332951_1backend

İsrailin azad etdiyi fələstinli məhbuslar Ramallahda coşğu ilə qarşılanıb

İsrailin azad etdiyi fələstinli məhbusları işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərində ailələri və onları gözləyən izdiham coşqu ilə qarşılayıb.
Elchi.az xəbər verir ki, İsrailin Ofer Hərbi Həbsxanasından azad edilən fələstinli məhbusları daşıyan avtobus Beynəlxalq Qızıl Xaç qruplarının müşayiəti ilə Ramallahdakı Mədəniyyət Sarayına gəlib.
Məhkumları daşıyan avtobus onların ailələri və onları gözləyən izdiham tərəfindən coşqu ilə qarşılanıb. Meydana toplaşan camaat təkbirlər söyləyib.
Fələstinli məhbuslar avtobusdan düşüb yaxınlarını qucaqlayarkən ailələri və sevdikləri ilə görüşdükləri ərazidə duyğulu anlar yaşanıb.
Yorğun görünən məhbuslardan bəziləri xəstəxanaya aparılıb.
Ramallah və Əl-Bireh qubernatoru Leyla Qanim məhbusların qarşılanması zamanı mətbuata açıqlamasında bildirib ki, İsrail ordusu “irqçi və təxribatçı ifadələr daşıyan paltar geyinmiş fələstinli məhbusları azad edib, lakin onlara alternativ paltar verilib”.
Qənim bildirib ki, məhbuslar onlara dəri xəstəlikləri olduğunu, bəzilərinin sağlamlıqlarını yoxlamaq istədiklərini deyiblər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki