İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubuna iki şiddətli hava zərbəsi endirib.
Elchi.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail Dahiye bölgəsini hədəf alıb.
Geniş bir ərazidə böyük dağıntılara səbəb olan hücumlardan sonra Beyrutun cənubunu sıx bir toz və tüstü buludu bürüdü.
Hücumlarda ölən və ya yaralanan olub-olmaması ilə bağlı məlumat paylaşılmayıb.
Hücumlar İsrail ordusunun sözçüsü Aviçay Adrainin X sosial media hesabında hücumla hədələməsindən sonra baş verib.
Nuranə Məmmədova