image-gaza-reuters-2150819_1backend

İsrail Qəzzaya hücum edir

İsrail ordusu Qəzza zolağında bir evi hədəfə alaraq vətəndaşları toplayıb. Hücumlarda biri qadın olmaqla 6 mülki vətəndaş həyatını itirib, 13-ü yaralanıb.
Elchi.az xəbər verir ki, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən əl-Bureyc Qaçqınlar Düşərgəsindəki evi hədəfə alıb.
Fələstinli “Abdülhadi” ailəsinin evinə edilən hücumda həyatını itirən 3 mülki vətəndaşın cənazəsi Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.
Nusayrat Qaçqınlar Düşərgəsində yerləşən Avde Xəstəxanasının rəhbərliyi də İsrailin sözügedən evə hücumu nəticəsində yaralanan qadın və çoxu uşaq 13 nəfərin cansız bədəninin xəstəxanaya gəldiyini bildirib.
Hadisə şahidlərindən alınan məlumata görə, İsrail əsgərlərinin Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah bölgəsində toplaşan bir qrup vətəndaşı hədəf alması nəticəsində 1 nəfər ölüb.
İsrail ordusunun Qəzzanın şimalında pilotsuz təyyarə ilə vətəndaşlara qarşı həyata keçirdiyi hücumda 1 nəfər həyatını itirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki