İsrail ordusu Qəzza zolağının şimalında Cibaliyaya hücumların genişləndirilməsi çərçivəsində bölgəyə əlavə əsgərlərin göndərildiyini bildirib.
Elchi.az xəbər verir ki, ordudan verilən yazılı açıqlamada gecə saatlarında Cibaliyadakı hücumlara döyüş piyadalarından ibarət əsgərlərin qatıldığı bildirilib. Bu qərarın Cibaliyadakı hücumların genişləndirilməsi çərçivəsində verildiyi bildirilib.
İsrail ordusu oktyabrın 6-da Qəzzanın şimalındakı Cibaliya bölgəsinə yenidən qurudan hücuma keçib.
Quru hücumları ilə yanaşı havadan da bombalanan Cibaliya Qaçqınlar Düşərgəsində minlərlə mülki şəxsin qapalı vəziyyətdə qaldığı bildirilir.
İsrailin hücumunun intensiv şəkildə davam etdiyi Cibaliya sakinlərinə günlərdir qida və su da daxil olmaqla heç bir humanitar yardımın çatdırılmadığı bildirilir.
Şayəstə Hüseynova