image-herzi-halevi-reu-1979561_1backend

İsrail Nəsrullahın dəfn mərasiminə hücum etməyi düşünür

İsrail Baş Qərargah rəisi Herzi Halevi fevralın 23-də Livanın paytaxtı Beyrutda Hizbullahın baş katibi Həsən Nəsrullahın dəfn mərasiminə hücumu nəzərdən keçirdiklərini bildirib.
Elchi.az xəbər verir ki, İsrailin Kanal 14 kanalı Halevinin hərbi tələbələrə verdiyi çıxışın görüntülərini yayımlayıb.
Halevi çıxışında “Nəsrullahın dəfn mərasimində iştirak edənlərdən bəzilərinin ölümü ilə nəticələnəcək” hava hücumu həyata keçirməyi düşündüklərini qeyd edib.
Dəfn günü avtomobilində “şəxsi görüş” keçirdiyini bildirən Halevi görüşün Nəsrullahın dəfn mərasimi ilə bağlı olduğunu və bu qərarı dəyərləndirdiklərini bildirib.
Danışdığı hərbi tələbələrdən söhbətin məzmununu təxmin etmələrini xahiş edən Halevi tələbələrdən “cənazəyə hücum” cavabını alıb və “Başa düşürsünüz, bunu kim dəstəkləyəcək?” deyə soruşub.
Bu vəziyyətin “İsrail ordusunun qərarlarının ciddiliyini” göstərdiyini müdafiə edən Halevi, Nəsrullahın dəfn mərasimi zamanı İsrail döyüş təyyarələrinin Beyrut səmasında uçduğunu xatırladıb.
Fevralın 23-də Livanın paytaxtı Beyrutdakı stadionda Nəsrullah və o zaman onun varisi hesab edilən Haşim Səfiyuddin üçün dəfn mərasimi keçirilib.
Hizbullah lideri Nəsrullah 2024-cü il sentyabrın 27-də İsrail ordusunun Dahiyəyə etdiyi hücumda, Nəsrullahdan sonra Hizbullahın baş katibi olacağı gözlənilən Haşim Səfiyuddin isə 3 oktyabr 2024-cü ildə İsrailin hücumu nəticəsində öldürülüb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki