İsrailin xarici işlər naziri Gideon Saar, Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan “soyqırım” işinə müdaxilə etməyə qərar verən İrlandiyadakı səfirliyini bağlayacaqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, xarici işlər naziri Saar bu gün verdiyi açıqlamada Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Məhkəmədə açılan “soyqırım” işinə müdaxilə qərarından sonra Dublindəki səfirliyin bağlanacağını bildirib.
Saar, Dublinin Təl-Əvivlə münasibətlərində “bütün qırmızı xətləri keçdiyini” iddia etdi.
İrlandiya baş nazirinin müavini və xarici işlər və müdafiə naziri Micheal Martin mayın 28-də keçirilən kabinet iclasından sonra yazılı açıqlama verərək ölkəsinin Fələstin dövlətini rəsmən tanıdığını açıqlayıb.
Təl-Əviv administrasiyası İrlandiyanın Fələstin dövlətini tanımasına cavab olaraq öz səfirini geri çağırıb.
Nuranə Məmmədova