image-israil-iran-adim-adim-savasa-giriyor-yeni-plan-gps-sinyalleri-qnzrbackend

İsrail-İran addım-addım savaşa girir! Yeni plan “GPS siqnalları”

İsrail ordusunun İrandan gələn istənilən hücuma qarşı Təl-Əvivin Müdafiə Nazirliyinin binasının yerləşdiyi Kirya bölgəsində GPS siqnallarını söndürməyə başladığı iddia edilib.
Elchi.az xəbər verir ki, İsrail mərkəzli Walla internet saytının xəbərində İranla yaşanan gərginlik səbəbiylə ordunun Kirya bölgəsində GPS siqnallarını söndürməyə başladığı iddia edilib.
Xəbərdə İsrail komandirlərinin İrandan gələcək hər hansı bir hücuma necə hazırlanacaqları ilə bağlı bir sıra görüşlər keçirdiyi və bu çərçivədə hava hücumundan müdafiə sistemi, ordu, Müdafiə Nazirliyi, Daxili cəbhə komandanlığı və həssas obyektlərin idarə sistemlərində hazırlıqların daha yüksək səviyyəyə qaldırılacağı bildirilib.
ABŞ-ın İsrailin hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə kömək edəcəyi, İsrail Müdafiə Nazirliyi və ordusunun ölkənin müxtəlif bölgələrində qabaqcıl texnologiyalarla monitorinq və xəbərdarlıq sistemlərinin modernləşdirilməsi üzərində çalışdığı bildirilib.
İsrail ordusu oktyabrın 12-də verdiyi açıqlamada ABŞ-ın ölkədə uzaq mənzilli ballistik raketlərin qarşısını almaq üçün istifadə edilən THAAD (Territorial High Altitude Air Defense) sistemini yerləşdirdiyini açıqlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki