image-1577136-israil-filistin-bayragini-yasakladigini-duyurdu-63bbbb69150f7backend

İsrail Fələstin bayrağını qadağan etməyə hazırlaşır

İsrail hökuməti İsrail universitetlərində və dövlət tərəfindən dəstəklənən qurumlarda Fələstin bayrağının nümayişini qadağan edən qanun layihəsini qəbul etməyə hazırlaşır.
Elchi.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə ” Fələstin bayrağını qadağan edən qanunun universitetlər də daxil olmaqla dövlət büdcəsindən maliyyələşən qurumları əhatə edəcəyi” bildirilib.
Xəbərdə İsrail hökumətinin universitetlərdə və dövlət tərəfindən dəstəklənən qurumlarda Fələstin bayrağının qaldırılmasını qadağan edən qanun layihəsini qəbul etməyə hazırlaşdığı və qanuna əməl etməyənlərin təxminən 10 min şekel (2700 dollar) məbləğində cərimələnəcəyi bildirilib və bir ilədək müddətə azadlıqdan məhrum edilib.
Bildirilib ki, qanun layihəsi İsrail parlamentində qanunvericilik məsələləri üzrə nazirlər komitəsinin gələn bazar günü keçiriləcək növbəti sessiyasında müzakirəyə çıxarılacaq.
“Təklif olunan qanun düşmən ölkənin bayraqlarının , o cümlədən Fələstin bayrağının rəsmi büdcəyə daxil olan və ya dövlət tərəfindən dəstəklənən qurumlarda nümayişini qadağan edir “, – İsrail dövlət televiziyası KAN bildirib. Bildirilib ki, qanun layihəsini baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı Likud Partiyasından İsrail parlamentinə daxil olan Nissim Vaturi təqdim edib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki