İspaniyanın Valensiya şəhəri başda olmaqla ölkənin şərq və cənub bölgələrini təsir edən sel fəlakətindən sonra minlərlə insan küçələri təmizləyib.
Elchi.az xəbər verir ki, oktyabrın 29-da İspaniyada başlayan və ölkənin şərq və cənub bölgələrinə təsir edən leysan yağışların ardınca, xüsusilə Valensiyada böyük daşqın baş verib.
Fəlakət olaraq xarakterizə edilən və 217-dən çox insanın həyatını itirdiyi seldə axtarış-xilasetmə işləri davam edir.
Daşqından ən çox zərər çəkən Valensiya bölgəsində insanlar və hərbçilər evlərin, mağazaların və küçələrin palçıq və zibildən təmizlənməsinə, zədələnmiş avtomobillərin çıxarılmasına yardım edir.