İranın daha bir din xadimi sərsəm açıqlama verib. Alp.az xəbər verir ki, İran rəhbərinin SEPAH-ın Təbrizdəki “Aşura” Qərargahındakı nümayəndəsi Məhəmmədrza Rəhmani açıqlamasında iddia edib ki, guya “sionist” rejim Azərbaycan ərazisində İranla sərhəd bölgələrə yerləşdirib. Bu haqda məlumatı “Azad İran” Teleqram kanalının yaylb.
Habelə, iddiaya görə, guya İsrail bununla İranın sərhədlərinə yaxınlaşmaq və Suriya, Livan və Fələstin kimi məzlum xalqları müdafiə edən İrana divan tutmaq istəyir.
“İran İslam Respublikası hər zaman qonşu ölkələrlə, özəlliklə, Azərbaycanla mehriban qonşuluq siyasəti yürüdüb. Müxtəlif vaxtlarda Azərbaycanı və Naxçıvan Muxtar Respublikasını müdafiə edib, ancaq, “sionistlərin” orada mövcudluğu İrana zərbə deməkdir. Azərbaycan xalqının sayıqlığı və silahlı qüvvələrin gücü ilə sərhədlərimizdə heç bir dəyişiklik olmayacaq” – deyə o, iddia edib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağı erməni işğalından azad etdikdən sonra, Tehran rejimi guya İsrailin Azərbaycanda, xüsusilə, İranla sərhədlərdə olması ilə bağlı əsassız fikir və iddialar səsləndirməyə başlayıb. İsraili Azərbaycanda axtarmağa çalışan Tehran rejimi yaxşı olar ki, onu öz ətrafında axtarsın. Habelə, İrana xatırlatmaq lazımdır ki, Suriya, İraq və bir çox başqa ölkələrdə terrorçuları yetişdirib bəsləyən bir ölkə necə ola bilər ki, eyni vaxtda orada yaşayan məzlum xalqları müdafiə etsin?!