image-thumbs_b_c_2e14f2df8fb366e43aa19dc6d4ee9a2ebackend

Maduro: ALBA-TCP Sammiti bir gün Fələstində keçiriləcək

Venesuela prezidenti Nikolas Maduro, “ALBA-TCP Sammiti bir gün Fələstində keçiriləcək” – deyib.
Elchi.az xəbər verir ki, ölkəsində keçirilən Latın Amerikası-Xalq Ticarət Razılaşması (ALBA-TCP) üçün Bolivar Alyansının 24-cü Dövlət və Hökumət Başçıları Zirvə toplantısında danışan Maduro Fələstinə hərtərəfli dəstək verdiklərini ifadə edib.
Maduro, “ALBA-TCP Zirvəsi bir gün Fələstində keçiriləcək, inanıram. Bu zirvəni Fələstinin Qüds şəhərində keçirəcəyik. İnşallah hər kəs bunu görəcək. Qüds yenidən bütün etnik qrupların iştirak etdiyi müqəddəs bir şəhər olacaq” – deyib.
Fələstin davasını müdafiə etmək üçün katolik dünyasının ruhani lideri Papa Fransiskə müraciət edən Maduro, “İnsan haqları, Fələstin, müstəqillik və sülh üçün səsinizi ucaldın. Eyni şəkildə müsəlman qardaşlarıma da müraciət edirəm. Gəlin Xristian, Katolik və bütün dünya xalqları ilə tarixi və bölünməz bir ittifaq qurmaq, Fələstinə “Haqq etdiyi zəfəri gətirməlidir. Təkrar edirəm, Fələstin davası insanlığın ən ədalətli davasıdır.” – deyib.
İsrailin hücumları nəticəsində Qəzzada işğal olunmuş Fələstin torpaqlarının qəsb edildiyini, 45 mindən çox insanın qətlə yetirildiyini vurğulayan Maduro beynəlxalq ictimaiyyəti törədilən soyqırıma səssiz qalmaqda ittiham edib.
ALBA-TCP Sammitində Fələstin daimi ölkə kimi qəbul edilib
ALBA-TCP Sammitində iştirak edən Fələstin Xarici İşlər Naziri Riyad əl-Maliki Maduronun sözlərini alqışlayıb və ona təşəkkür edib.
Digər tərəfdən, sammitdəki səsvermə nəticəsində Fələstin ALBA-TCP Sammitinin daimi üzvü kimi qəbul edilib və qardaş ölkə kateqoriyasına daxil edilib.
Kuba prezidenti Migel Diaz-Kanel və Boliviya prezidenti Luis Arce də çıxışlarında Fələstin xalqı ilə həmrəy olduqlarını və İsrailin Qəzzaya hücumların  pislədiklərini bildiriblər.
Fələstin Xarici İşlər Naziri Əl-Maliki də ALBA-TCP-nin ölkəsi ilə həmrəyliyinə təşəkkür edərək, “Tarix ədalətin tərəfində olanları xatırlayacaq; ALBA-nın Fələstinlə davam edən həmrəyliyi azadlıq və kollektiv müqavimətin sübutudur” – deyib.
Sammit çərçivəsində dövlət başçıları ilə ikitərəfli görüşlər keçirən Maduro, Əl-Maliki ilə də görüşərək ölkəsinin Fələstinə güclü dəstəyini bir daha vurğulayıb.
Sammitdə bir çox ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Kuba Prezidenti Migel Diaz-Kanel, Boliviya Prezidenti Luis Arse və Nikaraqua Prezidenti Daniel Orteqa iştirak ediblər.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki