İranın xarici işlər naziri Abbas Erakçi İsrailin hücumları altında olan Livana səfər edib. Erakçi, “İsrail hücumlarını davam etdirmədikcə münaqişəni davam etdirmək niyyətimiz yoxdur. “İsrail İrana qarşı hər hansı tədbir görsə, biz bərabər və tam hesablanmış şəkildə cavab verəcəyik.
Elchi.az xəbər verir ki, İsrailin havadan və qurudan hücumlarını davam etdirdiyi Livana səfər edən İranın xarici işlər naziri Abbas Erakçi Beyrutda keçirdiyi mətbuat konfransında İsrailin hücumlarını davam etdirəcəyi təqdirdə İranın da buna bərabər cavab verəcəyini bildirib.
İranın Livana yardımlarını davam etdirəcəyini ifadə edən Erakçi, “Hücumları başlatan İran deyil. “Biz yalnız İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunun binasına hücumuna və bizim məqsədlərimizlə ziddiyyət təşkil edən hərəkətlərinə cavab verdik.
Erakçi Livana səfəri zamanı Livanın baş naziri Necib Mikati və parlament sədri Nebih Berri ilə görüşərək bölgədəki son vəziyyəti və inkişafları dəyərləndirib. Atəşkəs razılaşması ilə bağlı Livan rəsmiləri ilə görüşən İranın xarici işlər naziri Livan xalqının hüquqlarının qorunduğu və Qəzza ilə eyni vaxtda sülhün əldə olunacağı təqdirdə atəşkəsi dəstəkləyəcəklərini bildirib.
İranın xarici işlər naziri Livandan sonra Dəməşqə səfər edəcək və Suriya rəsmiləri ilə danışıqlar aparacaq.
Nuranə Məmmədova