image-suudi-arabistan-iran-1839431backend

İran və Səudiyyə Ərəbistanından ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına vurğu: “Geri dönüş olmayan yol”

İran prezidentinin birinci müavini Məhəmməd Rza Arif Tehran-Ər-Riyad əlaqələrinin inkişafının düzgün yolda olduğunu deyib.
Elchi.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA- nın xəbərinə görə , birinci vitse-prezident Arif İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında iştirak etmək üçün getdiyi Ər-Riyadda dünən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə görüşüb.
Görüşdə Arif ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, iqtisadi, mədəni və siyasi əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub.
Arif vurğulayıb ki, Tehran-Ər-Riyad xəttində siyasi sahədə bu müsbət irəliləyişlər həm ölkəyə, həm də regiona fayda verəcək.
İranın birinci vitse-prezidenti bəyan edib ki, bu cür əlaqələrin inkişafı “dönməz bir yoldur”.
Tehran rəhbərliyinin müharibəni bölgə üçün faydalı görmədiyini bildirən Arif regional sabitlik üçün əməkdaşlığa çağırıb.
Digər tərəfdən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Bin Salman iki ölkə arasındakı münasibətlərin möhkəm və uzunmüddətli olması üçün keçmiş təcrübələrdən dərs aldıqlarını bildirib.
Bin Salman, “Biz bu təcrübələrdən iki ölkə arasındakı əlaqələri gücləndirmək və daha da möhkəmləndirmək üçün istifadə edəcəyik” – deyib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi əlaqələrin daimi dostluq əsasında inkişaf etdirilməsi üçün göstərilən səylərin regional sabitlik və təhlükəsizliyə də töhfə verəcəyini vurğulayıb.
Bin Salman həmçinin 2025-ci ilə qədər Ər-Riyad-Tehran əməkdaşlığının ən yüksək səviyyəsinə çatmağı hədəflədiklərini bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki