İran prezidenti Məsud Pezeşkian Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini dəstəkləmək niyyətində olmadığını bildirib.
Elchi.az xəbər verir ki, bu barədə ura.ru xəbər agentliyi yazır.
“Biz heç vaxt Ukrayna ərazisindəki münaqişəni bəyənməmişik. Biz hər bir ölkənin sərhədlərinə hörmətlə yanaşmalıyıq”, – dövlət başçısı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində çıxışı zamanı deyib.
Siyasətçinin sözlərinə görə, o, böhranın yalnız “dialoq yolu ilə” həllinə inanır.
Sentyabrın 18-də Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko (Rusiya Federasiyasında terrorçu və ekstremistlər siyahısındadır) ölkə hakimiyyətini Livanda texnikanın partladılmasına cavab olaraq İrana zərbə endirməyə çağırıb. Eyni zamanda parlamentari İslam Respublikasını Rusiya Federasiyasına silah tədarük etməkdə ittiham edib.
Pezeşkian iki gün əvvəl Tehranın guya Moskvanı silahla təmin etməsi ilə bağlı xəbərlərə münasibət bildirib. Dövlət başçısının qeyd etdiyi kimi, İran həqiqətən də Rusiya Federasiyası ilə əməkdaşlıq edir və ticarət edir. Lakin raket və digər hərbi texnikanın satışından söhbət getmir, siyasətçi aydınlıq gətirib.
Bundan əlavə, o qeyd edib ki, İslam Respublikası həmişə Ukrayna böhranının sülh yolu ilə həllinin tərəfdarı olub.
Nuranə Məmmədova