ABŞ və İsrail İslam Respublikasını hərbi güclə hədələməyə davam edərsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandıracaq və bütün agentlik müfəttişlərini ölkədən qovacaq.
Elchi.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şəmxani deyib.
“Xarici ölkələrdən davam edən təhdidlər və İrana hərbi hücum cəhdi Beynəlxalq Atom Enerjisi Agentliyindən müfəttişlərin qovulması və onunla əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərin tətbiqinə gətirib çıxara bilər. Digər tədbir zənginləşdirilmiş [uranın] İran daxilində təhlükəsiz və naməlum yerlərə daşınması ola bilər”, – o, “X”də yazıb.
Yeganə