Əfqanıstanlı mühacirlər İranı tərk edib öz ölkələrində yerləşməli və orada çalışmalıdırlar.
Elchi.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İsgəndər Mömini bildirib.
“İranda bu sayda mühacirin qalması yolverilməzdir”, – o, ölkə televiziyasına müsahibəsində vurğulayıb.
İ.Mömini qeyd edib ki, İran ərazisinə qanunsuz və icazəsiz daxil olanlara imkan yaradılır: “Miqrantlar ev sahibi ölkənin qanunlarına hörmət etməlidir”.
Nazir ölkəsində işsizliyin artmasında əfqanları günahlandıraraq deyib: “Onlar bir çox iş imkanlarını ələ alırlar. Əfqanların öz ölkələrinə getməsini gözləyirik”.
Havar Şəfiyeva