image-thumbs_b_c_4f0e99ec2732ee762c5f08a87c8465efbackend

Husilər İsraildəki hərbi bazanı hipersəs raketi ilə vurub

Yəməndəki husilər “Fələstin 2” tipli hipersonik ballistik raketlə İsrailin Yaffa şəhərindəki hərbi bazanı vurduqlarını bildiriblər.
Elchi.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada, Yaffa şəhərinin şərqindəki hərbi bazaya “Fələstin 2” tipli hipersonik ballistik raketlə hədəf alınan hücumun İsrail və ABŞ müdafiə sistemlərini aşaraq hədəfinə çatdığını bildirib.
Seri vurğulayıb ki, İsrail Qəzza zolağındakı blokadanı aradan qaldırmasa, Qəzza və Livana hücumlarını dayandırmasa, hərbi əməliyyatlarını davam etdirəcəklər.
Qırmızı dənizdəki vəziyyət
Yəməndəki husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü ildən Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir və bəzilərinə pilotsuz uçuş aparatları ilə hücum edir..
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını açıqlayıb.
Avropa İttifaqı (Aİ) fevralın 19-da Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün Aspides missiyasını işə saldığı halda, İtaliya martın 5-də parlamentin qərarı ilə bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki