image-1327635-1604275456backend

Husilər İHA ilə İsrailə hücum etdiklərini açıqlayıb

Yəməndəki husilər pilotsuz uçuş aparatları (PUA) ilə İsrailə qarşı 3 hücum həyata keçirdiklərini açıqlayıblar.
Elchi.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri verdiyi açıqlamada İHA-larla İsrailin mərkəzi hissəsindəki Yasa bölgəsini və cənubda Əsqəlan şəhərini hədəf aldıqlarını bildirib.
İHA-ların hava hücumundan müdafiə sistemlərini aşaraq hədəflərinə çatdığını bildirən Seri Husilərin İraqdakı qruplarla birlikdə PUA ilə İsrailə hücum etdiyini bildirib.
Seri PUA-larla həyata keçirdikləri hücumların hədəfləri barədə ətraflı məlumat verməyib.
Qırmızı dənizdəki vəziyyət
Husilər İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olduqlarını iddia etdikləri ticarət gəmilərini ələ keçirir , bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqladı.
ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki