Hizbullah baş katibinin müavini Naim Kasım çıxışında “İsraillilərə deyirəm. Həll yolu hücumları dayandırmaqdır. Həll yolu atəşkəsdir” – deyib.
Elchi.az xəbər verir ki, Hizbullah baş katibinin müavini Naim Kasım açıqlamasında İsrailə qarşı hücumlardan danışıb.
İsrailə qarşı hücumların qanuni olduğunu ifadə edən Kasım , “İsraillilərə deyirəm. Həll yolu hücumları dayandırmaqdır. Həll yolu atəşkəsdir. Atəşkəsdən sonra İsrailli məskunlaşmaçılar şimala qayıda bilər” – deyib.
İsrailin Livan və Qəzzada hücumlarını davam etdirəcəyi təqdirdə şimaldakı 2 milyondan çox israillinin daimi təhdid altında olacağını qeyd edən Kasım , “Müqavimət bu torpaqlara sahib olduqları üçün məğlub olmayacaq. Onlar şərəflə döyüşüb öləcəklər. Zəfər gələcək.”
Hizbullahın İsraillə qarşıdurmasının Fələstin mübarizəsindən ayrılmaması lazım olduğunu qeyd edən Naim Kasım , “Müqavimətimizin qanuni olduğunu düşünürük. Öz torpaqları üçün döyüşənlər Fələstinlidir. Biz də dəstək verəcəyik. İsraillə qarşı-qarşıya gəlməsək, onlar öz ekspansionist məqsədlərinə çatacaqlar”,- deyib.
ABŞ-ı İsrailin bölgədə törətdiyi “vəhşi” cinayətlərə yardım etməkdə ittiham edərək , “Ən böyük şər yeni Yaxın Şərq istəyən ABŞ-dır. Netanyahu da eyni şeyi istəyir. ”
Nuranə Məmmədova