Hindistanın Dehli şəhərində həkimlər 17 yaşlı oğlanın bətnindən 16 kq (30 lb) parazit əkizini uğurla çıxarıblar. Bu, milyonda bir doğuşda baş verən olduqca nadir bir vəziyyətdir.
Elchi.az xəbər verir ki, əməliyyatdan əvvəl Uttar Pradeş ştatının kiçik bir kəndində yaşayan yeniyetmə qarnından çıxan iki tam inkişaf etmiş ayağı ilə yaşayırdı. O, bu əzalarda ağrı, toxunma və temperatur dəyişikliklərini hiss edə bilirdi.
Fevralın 8-də həyata keçirilən uğurlu əməliyyatdan sonra gənc “Səyahət edə, fiziki fəaliyyətlə məşğul ola bilmədim. İndi yeni bir dünyaya addım atmışam. Ümid edirəm ki, təhsil alıb işim olacaq” deyib.
Şayəstə Hüseynova