image-gazzenin-kuzeyi-aa-2308172_1backend

HƏMAS fələstinliləri “təcili” xilas etməyə çağırır

HƏMAS beynəlxalq ictimaiyyəti Qəzza zolağının şimalında fələstinliləri xilas etmək üçün “təcili tədbirlər görməyə” çağırıb.
Elchi.az xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada İsrail ordusunun 55 gündür Qəzzanın şimalında həyata keçirdiyi hücumlarla Fələstin xalqına qarşı ən ağır cinayətləri törətdiyi vurğulanıb.
Açıqlamada Qəzzanın şimalında mülki vətəndaşları vəhşicəsinə qətlə yetirən və çoxlu sayda insanı nəzarətə alan İsrailin cinayətlərini davam etdirdiyi bildirilib, şimaldakı xəstəxanalar, tibb personalı və mülki müdafiə birliklərinin hədəf alındığı xatırladılıb.
Açıqlamada Cibaliya və Beyt Lahiya qəsəbələrinin sıx blokadasının davam etdiyi qeyd edilərək, “Düşmən gün boyu şiddətli bombardmanlara məruz qalan Beyt Lahiyyənin blokadasını və qırğınlarını gücləndirir. O istəyir ki, Fələstin xalqı oranı tərk edib mühacirət etsin”.
Bəyanatda Qəzzada Fələstin xalqını hədəf alan soyqırımın bütün məsuliyyətinin ABŞ rəhbərliyinin olduğu vurğulanıb və beynəlxalq ictimaiyyəti Qəzza zolağının şimalında fələstinlilərin xilası üçün təcili tədbirlər görməyə çağırılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki