Kamala Harris seçkilərdəki məğlubiyyətini qəbul edən çıxışında, “Bu seçkilərin nəticələrini qəbul etməliyik. Bu gün yeni seçilmiş prezident Donald Trampa zəng edib təbrik etdim” – deyib.
Elchi.az xəbər verir ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində uduzan Harris Vaşinqtondakı Hovard Universitetinin kampusunda tərəfdarları qarşısında çıxış edib.
Prezident seçkilərində Respublikaçı rəqibi Trampa uduzduqlarını qəbul edən Harris, “Bu seçkilərin nəticələrini qəbul etməliyik. Yeni seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Ona kömək edəcəyimizi də söylədim. və onun komandası bu hakimiyyətin ötürülməsi prosesinin sülh yolu ilə baş tutmasını təmin etməlidir”,- deyib.
Sadiqliklərinin Trampa deyil, Konstitusiyaya olduğunu qeyd edən Harris, “Bu seçkiləri uduzduğumu qəbul edirəm, lakin bu kampaniyaya səbəb olan mübarizəmizdən əl çəkmirəm” deyə vurğulayıb.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçı Tramp 270 nümayəndəni keçərək ölkənin 47-ci prezidenti olub.
Tramp 2025-ci il yanvarın 20-də rəsmən and içəcək.
Nuranə Məmmədova