Alimlər Süd Yolunun cazibə qüvvəsinin Oort Buludunda spiral quruluş yaratdığını aşkar ediblər. Bu quruluş Günəş Sisteminin ilk günlərindən bəri mövcuddur və planetar sistemimizin təkamülünü anlamağa kömək edə bilər.
Elchi.az xəbər verir ki, Günəş sisteminin ən uzaq nöqtələrində hələ də çoxlu naməlumlar var. Bununla belə, elm adamları Oort buludunda indiyədək naməlum spiral quruluş aşkar ediblər. Yeni kompüter simulyasiyası Süd Yolunun cazibə qüvvəsinin daxili Oort Buludunda nəhəng spiral yaratdığını göstərdi.
ABŞ-ın Cənub-Qərb Tədqiqat İnstitutundan astronom David Nesvornýnın rəhbərlik etdiyi qrup tərəfindən aparılan araşdırma The Astrophysical Journal-da dərc olunmağa hazırlanır. NASA-nın Pleiades superkompüterindən istifadə edərək tədqiqatçılar Günəş sisteminin 4,6 milyard illik təkamülünü simulyasiya ediblər.
Şayəstə Hüseynova