image-fransada-basbakan-kaosu-hala-hukumet-kurulamadi-esl2backend

Fransada “baş nazir” xaosu: Hələ də hökumət qurulmayıb

Fransada keçirilən növbədənkənar ümumi seçkilərdən təxminən 2 aya yaxın vaxt keçsə də və hökumət hələ də formalaşmayıb, prezident Emmanuel Makron parlamentdəki ən böyük siyasi qrup olan solçu Yeni Xalq Cəbhəsi (NFP) alyansının baş nazir namizədini təyin etməkdən imtina edib. 
Elchi.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi 2024-cü il Paris Olimpiadası zamanı dayandırdığı hökumətin qurulması prosesini ötən həftə Yelisey sarayında parlamentdəki partiya liderləri və siyasi qrupların nümayəndələrini qəbul edərək yenidən başlatan prezident Emmanuel Makron seçki nəticələrinə məhəl qoymamaqda günahlandırılır.
Bir sıra təmaslardan sonra yeni baş nazir təyin etməli olan Makron, ən çox yerə sahib olan 4 sol partiyanın yaratdığı Yeni Xalq Cəbhəsinin (NFP) rəhbərlik etdiyi hökumətin qurulmasına icazə verməməsi tənqidlərə səbəb olub.
Makron “sabit və əhatəli çoxluq” hökumətinin qurulması üçün danışıqların davam etdiriləcəyini açıqlasa da, sol ittifaq Makronun istisna rəftarına reaksiya verir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki