image-44backend

Ermənilərin qorxulu röyası olan Pəncəli… VİDEO

Pəncəli Teymurov… Bu ad artıq hər kəsə  doğmadır. Pəncəli bizim qəhrəmanlıq tariximizdə özünəməxsus yeri olan igidlərimizdən biridir.   Özü hər nə qədər sirli olsa da, qəhrəmanlıqlarından düşmən ordusunda da danışılırdı. Bu gün vətənimizin igid oğlu, şəhid Pəncəli Teymurovun doğum günüdür.

Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbini bitirib. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

11 yaşlı Pəncəli söz vermişdi ki…

Pəncəli Teymurov hələ uşaq ikən, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi.

O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Kəlbəcərdə 24 ermənini məhv edir

Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir.

Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.

Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.

2016-cı ilin aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də, son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur.

Sağ ikən qisasını alan qəhrəman

Erməni generalını məhv etmək, hərbçilərin olduğu maşını partlatmaq, Aprel döyüşlərində onlarla erməni əsgərini, texnikasını sıradan çıxarmaq… Təbii, bunlar Pəncəlinin bizə məlum olan qəhrəmanlıqlarıdır. Onun düşmənə sarsıdıcı zərbələr vurduğu elə xüsusi əməliyyatları var ki, bu gün də erməni ordusunda qorxu ilə xatırlanır.

Təsadüfi deyil ki, böyük qardaşı Elbrus Teymurov da bunu deyir:

“Şəhid olandan sonra döyüş yoldaşları dedi ki, Pəncəli sağ ikən öz qisasını almışdı”.

Pəncəlinin həyata keçən arzusu

Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda düşməndən intiqam alıb şəhid olmağı və üçrəngli bayrağımıza bükülüb dəfn olunmağı arzulamışdı.

2020- ci ilin sentyabrın 27-də  onun davamçıları düşməni 44 gün ərzində cəhənnəm yaşatdılar. Məhz Pəncəlinin davamçıları Qarabağı azad etdi.  Bu gün qəlbi vətən üçün şəhid olan  bu igidimizin ruhu şaddır. Çünki arzusu reallaşıb. Ruhun şad olsun qəhrəmanım!

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki