Onun həyatı haqqında demək olar ki, çox az məlumat var. Uzun illər ölkədən kənarda yaşasa belə, qohumlarının, yaxınlarının heç biri ilə əlaqəsi olmayıb. Onun haqqında yazılanlar yalnız qısa arayışdan ibarət olub. Bu gün haqqında söhbət acacağımız general-mayor rütbəsinə yüksəlmiş Azərbaycanlı dahi Vaqif Nağıyevdir. Bütün sənədlərdə onun cəmi 51 il ömür sürdüyü və müəmmalı şəkildə öldüyü qeyd edilir. Cəmi 51 yaş. Çox maraqlıdır 51 il ömür sürən , ancaq ölümündən sonra adına dastanlar qoşulan Vaqif Nağıyev əslində kim idi?
Vaqif Mirəsgər oğlu Nağiyev 1941-ci ildə Lənkəranda doğulmuşdu. 1956-ci ilə qədər elə doğulduğu Lənkəranda yaşayan Vaqif Nağıyev, ailəsində baş verən faciə nəticəsində məcburən Bakıya gəlir. 1963-cü ildə Neft-Kimya İnstitutunu elektromexanik-mühəndis ixtisası üzrə bitirdikdən sonra bir ilə yaxın Azərbaycan Elmlər Akademiyasında işləyir. Bir müddət sonra 23 yaşlı bu gənci Moskvaya dəvət edirlər. Vaqif Nağıyev cəmi bir ilə 1965-ci ildə yarımkeçiricilərlə bağlı namizədlik dissertasiyası müdafiə edir, Moskva Aviasiya Texnologiya
İnstitutunda radioelektron aparatların istehsalı texnologiyası kafedrasında çalışmağa başlayır.
Gənc alim qısa zamanda SSRİ rəhbərliyinin də diqqətini cəlb edə bilir. Vaqif Nağıyev o dövrdə xüsusi xidmət orqanlarının nəzaətinə götürülür. 1986-cı ildə kosmosda istifadə olunmaq üçün tibbi diaqnostik aparatların hazırlanma texnologiyası ilə məşğul olan, SSRİ Səhiyyə Nazirliyinin tibbi texnika üzrə Ümumittifaq Elmi Tədqiqat Sınaq İnstitutunda ultrasəs diaqnostik tibbi aparatların hazırlanması və koordinasiyası şöbəsinin müdiri və həm də SSRİ Səhiyyə Nazirliyində bu sahənin rəhbəri vəzifəsinə qədər yüksəlir. Texnika elmləri doktoru,
professor, SSRİ EA-nın və SSRİ Tibbi-Texniki Elmlər Akademiyasının akademiki, tibb xidməti general-mayoru kimi yüksək adlara layiq görülən alimin işləri kimlərisə narahat edirdi.
Vaqif Nağıyev 5 monoqrafiyanın, 23 ixtiranın, 200-dən artıq elmi məqalənin müəllif olsa da, dayanmadan yeni ixtiralar üzərində çalışırdı.
Vaqif Nağıyev həm də SSRİ Müdafiə Nazirliyində kosmosda diaqnostik tədqiqatlarla bağlı mühüm vəzifə
daşıyırdı. Ultrasəs vazolokator, elektron qurğularının termoelektrik sərinləşdirilməsi, inteqral sxemlərin
tədqiqi və sınağı üçün termoelektrik cihazlar, allergiyalı dermotozların müalicə üsulları və ultrasəs
texnologiyalarının perspektiv inkişafı ilə bağlı tədqiqatlar aparan alim yeni ixtiralar da edirdi. Tədqiqatlarının əsas yönümü kosmosla bağlı olduğu üçün Vaqif Nağıyev daima nəzarətdə saxlanılırdı. Maraqlı idi ki, məşhur alim ailə həyatı qurmamışdı. Vaqif Nağıyev Moskvada tək yaşayırdı. Onunla yalnız bibisinin görüşdüyü bildirilir. Məhz bibisi Moskvaya səfəri zamanı müəmmalı şəkildə həlak olur.
Ermənilərin bu məşhur alimi aradan götürmək üçün çalışdığı bəlli idi. 1992-ci ildə Romaya elmi konfransa gedərkən təyyarə limanında halı pisləşən alimə erməni tibb bacısı Rita Arambekyan sakitləşdirici iynə vurur. Bu iynə dünya şöhrətli alimin ölümünə səbəb olur. Cənazəsi Bakıya göndərilir və ata-anasının yanında dəfn edilir.
Qoşqar Salmanlı