image-xerite_azerbaycanbackend

Erməni hərbi ekspertdən SENSASİON AÇIQLAMA: “Azərbaycan bu ƏRAZİLƏRİ NƏZARƏTƏ GÖTÜRÜB” 

Ermənistanda 16 noyabr döyüşləri ilə bağlı hələ də müəmmalar qalır.

image-bez-nazvaniya

Alp.az xəbər verir ki, erməni hərbi analitik Van Hambardzumyan sensasion açıqlama verib. Hərbi analtik erməni ordusunun  noyabrın 16-da sərhəddə baş verən döyüşlərdə çoxsaylı itki verdiyini açıqlayıb. Van Hambardzumyan Azərbaycan Ordusunun olduqca strateji dörd mövqedə nəzrəti ələ keçirdiyini də etiraf edib.  “Onlardan ikisi Rusiyanın müdaxiləsindən sonra Ermənistan tərəfinə qaytarılıb. Digər iki mövqe isə hələ də Azərbaycanın nəzarətindədir”.

Qeyd edək ki, yayılan xəritələr və məlumatlardan belə başa düşülür ki, son sərhəd döyüşlərində Azərbaycan Ordusunun nəzarətə aldığı yüksəkliklər olduqca əhəmiyyətlidir. Belə ki, həmin mövqelər vasitəsi ilə Sünik vilayəti ilə İrəvan arasındakı əlaqəni tamamilə görmək, müşahidə etmək və lazım gələrsə, vurmaq çox asandır. Həmin məlumatlara əsasən yeni mövqelərin nəzarət altına alınmasından sonra Naxçıvanla Laçın arasında hava məsafəsi 17-25 km-ə düşüb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki