Ukraynada gedən döyüşlərdə əsir alınan Rusiya hərbçiləri arasında ermənilər də var.
Alp.az xəbər verir ki, sosial şəbəkələrinə dünən Xerson və Xarkov şəhərləri uğrunda gedən döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin əsir düşənlər arasında ermənilərin də olduğu barədə foto və videolar paylaşılıb.
Rusiya qüvvələrinin sıralarında döyüşən və əsir götürülən şəxsin üzərindən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi bilet aşkarlanıb.
Ukraynanın hüquq-mühafizə orqanları isə şəhərlərdə qarət və quldurluqla məşğul oan şəxslərdən birində Ermənistan pasportunun çıxdığını bəyan ediblər.
Ermənistan mətbuatının xəbərinə görə, ermənilər Paşinyan hökumətindən açıqlama tələb edirlər. “Ermənistan hakimiyyəti xalqa nəsə demək istəmir?”, “Bizim əsgər niyə Xarkovda əsir götürülüb?” deyə suallar ünvanlayırlar.