Sabah: Ərdoğan ABŞ-da Zelenski, Paşinyan və Pezeşkianla danışıqlar aparmağı planlaşdırır.
Elchi.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran lideri Məsud Pezeşkianla danışıqlar aparacaq. Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Görüş Nyu Yorkdakı Türk Evində baş tutacaq, bina BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşir.
Türkiyə liderinin qonaqları arasında Hollandiyanın baş naziri Dik Şuf, BMT-nin baş katibi Antonio Quterreş, Küveyt vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd Əl-Sabah, Almaniya kansleri Olaf Şolz, Albaniyanın baş naziri Edi Rama və Serbiya prezidenti Aleksandr Vuçiç də olacaq.
Bloomberg yazıb ki, Ərdoğan Ankara ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması tendensiyasını dəstəkləmək üçün ABŞ prezidentliyinə namizəd Kamalla Harrislə də görüşmək istəyir.
Şayəstə Hüseynova