image-media-image_750x_63d794e5ca064-a4pg1ysv6lfhwiokn3cmbackend

Ərdoğan Makronla görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Budapeştdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın paytaxtı Budapeştdə təmaslarını davam etdirir.
Elchi.az xəbər verir ki, Prezident Ərdoğan Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Türkiyə ilə Fransa arasındakı əlaqələrin köklü keçmişə söykəndiyini və ticari və iqtisadi əlaqələrin dərinləşməsinin hər iki ölkəyə fayda gətirəcəyini bildirib. Prezident Ərdoğan Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlük kimi strateji perspektivlə hərəkət etdiyini, prosesin canlandırılmasının zəruri olduğunu, Gömrük İttifaqının yenilənməsi və viza rejiminin liberallaşdırılması ilə bağlı vədlərin yerinə yetiriləcəyinin gözlənildiyini bildirib.
Prezident Ərdoğan, Ukrayna-Rusiya, İsrail-Fələstin, İsrail-Livan və bu kimi gərginliklərin dinc əsaslarla diplomatiya yolu ilə aradan qaldırılmasının bütün ölkələrin marağında olduğunu bildirib.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki