image-77-pic_32ratio_900x600-900x600-17373backend

Dövlət Duması Borrelin Ukrayna ilə bağlı dediklərini “etiraf” adlandırıb

Deputat Belik Borrelin Ukraynadakı münaqişənin sona çatması ilə bağlı dediklərini etiraf adlandırıb.
Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin Qərbin dəstəyi olmasaydı, Ukraynadakı münaqişənin 15 günə bitəcəyi ilə bağlı sözləri etirafdır.
Elchi.az xəbər verir ki, bu fikirləri “RİA Novosti”yə müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin üzvü Dmitri Belik deyib.
“Avropa diplomatiyasının rəhbəri Qərbin Ukrayna münaqişəsində iştirakına haqq qazandırmaq üçün növbəti dəfə böyük sözlərlə hoqqa çıxarır. Borrelin bütün bu alovlu ritorikası yeni deyil və əslində etirafdır, çünki o, özü dərk etmədən açıq-aşkar şeyləri qeyd etdi: Qərbin Ukraynaya yardımı olmadan münaqişə qısa zamanda puç olardı”, – Belik bildirib.
Parlamentari qeyd edib ki, Qərb ölkələri Moskva ilə Kiyev arasında münaqişənin davam etdirilməsində maraqlıdır və onların göstərdiyi hərbi yardım ancaq gərginliyin artmasına xidmət edir. Deputat hesab edir ki, Borrelin Rusiyadan təhlükə görən ukraynalıların və avropalıların güman edilən təhlükəsizliyi ilə bağlı sözləri “yalan və absurddur”, çünki Kiyevin maraqları “heç yerdə görünmür”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki