image-iki-ulkede-daha-m-cicegi-virusu-tespit-edildi-jcvkbackend

Daha iki ölkədə M çiçəyi virusu aşkar edilib

İlk M çiçəyi hadisələri Cənubi Afrika ölkələrində Zimbabve və Zambiyada qeydə alınıb.
Elchi.az xəbər verir ki, bildirilib ki, daha iki Afrika ölkəsində M çiçəyi virusu aşkarlanıb.
Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyindən verilən açıqlamada, ölkədə ilk M çiçəyi hadisəsinin keçən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda aşkar edildiyi bildirilib.
Açıqlamada, Tanzaniyaya səyahət keçmişi olan 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə M çiçəyi hadisələrinin sayının 2-yə yüksəldiyi paylaşılıb.
Açıqlamada hər iki xəstənin səhhətinin yaxşı olduğu qeyd edilib və “Səhiyyə və Uşaq Baxımı Nazirliyi vəziyyətin nəzarət altında olduğunu ictimaiyyətə çatdırır və Zimbabve xalqını panikaya düşməməyə çağırır” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki