image-bakibackend

COP29-ın keçiriləcəyi məkanda işlərin 90%-i tamamlandı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb.

Elchi.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü İsmayıl İsayev deyib.

O bildirib ki, bu ayın sonunda görüləcək işlərin sınaq mərhələsinə başlanılacaq.

“Tədbirə hazırlıq məqsədilə bütün mərhələlər tamamlanmaq üzrədir”, – İ.İsayev qeyd edib.

Qeyd edək ki, COP29 noyabrın 11-22-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki