“Serbiya prezidenti Aleksandar Vuçiç ölkədəki etirazlar fonunda hökumətin yarısını istefaya göndərə bilər”.
Elchi.az xəbər verir ki, bu fikirləri Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov “Rossiya 24” telekanalının efirində çıxış edib.
Yanvarın 28-də Serbiyanın baş naziri Miloş Vuçeviç ölkədə davam edən etirazlar fonunda istefa verdiyini açıqlayıb.
“Baş nazirin istefa verməsi – mən bunu prezident Vuçiçin bir neçə gün əvvəl verdiyi bəyanatla əlaqələndirirəm ki, hazırkı vəziyyətdə kimin necə davranması, kimin qətiyyət göstərməsi vacibdir, buna görə də o, planlaşdırıb Göründüyü kimi, indi hökumətin yarısının dəyişdirilməsini həyata keçirir.
Serbiyada etirazlar 2024-cü ilin noyabrında Novi Sad stansiyasının binasına beton örtünün uçmasından sonra başlayıb. Faciə nəticəsində 15 nəfər həlak olub.
Yeganə