image-f3383a22e556f95a9b9963d70c2d0856backend

CIA hesabatı dəli etdi, Tramp İranı bombalayacaq!

Mərkəzi Kəşfiyyat İdarəsinə yaxınlığına görə “Kölgə CİA” adlandırılan Rand şirkətinin kəşfiyyat mənbələrinə əsaslanan təhlillərə görə, hazırkı vəziyyətdə İsrail və İran arasında müharibə qaçılmazdır.
Elchi.az xəbər verir ki, ABŞ-ın müharibəyə getməli ola biləcəyini vurğulayan kəşfiyyat hesabatlarında; Həmçinin bildirilir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “İranın böyük şəhərlərini bombalayacağına” söz verib.
ABŞ Xarici Kəşfiyyat İdarəsi MKİ-yə yaxınlığına görə dünya ictimaiyyəti tərəfindən “Kölgə CIA” kimi tanınan Rand şirkətinin kəşfiyyat mənbələrinə əsaslanan təhlil məqaləsində şok məlumatlar yer alıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri və planlaşdırıcılarının fikrincə, İranın İsrailə iki birbaşa raket hücumu “intihar qumarı” idi. Vəziyyətin belə davam edəcəyi təqdirdə İsrail-İran müharibəsinin qaçılmaz olacağını düşünən rəsmilər, ilk sui-qəsdin arxasında İranın olduğunu da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa çatdırıblar. Qəzəbdən çılğınlaşan Trampın prezident seçiləcəyi təqdirdə “İranın bütün böyük şəhərlərini bombalayacağam” dediyi bildirilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki