image-672afff54e9a6672afff54e9a71730871285672afff54e9a4672afff54e9a5backend

Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 11-ci iclasında çıxış edib.

Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, nazir çıxışında TDT çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar, mədəniyyət və s. sahələrdə əməkdaşlığın perspektivlərinə, Azərbaycanın təşkilatın gücləndirilməsi ilə bağlı təşəbbüs və fikirlərinə, habelə ölkəmizin COP29-a hazırlıq prosesinə toxunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki