Cümə axşamı Çexiyanın Qradeç-Kralove şəhərindəki ticarət mərkəzində bıçaqlı hücum nəticəsində iki nəfər ölüb.
Elchi.az xəbər verir ki, hadisə barədə məlumat yayan polisin sözlərinə görə, hücumda şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb.
Çexiya televiziyasının məlumatına görə, şübhəli şəxs 16 yaşlı yerli sakindir.
“Məlumat daxil olandan bir neçə dəqiqə sonra hadisə yerinə gəlsək də, xilasedicilərin səylərinə baxmayaraq, qurbanların ağır xəsarət alması səbəbindən onların həyatını xilas etmək mümkün olmayıb”, – deyə polisin məlumatında qeyd olunub.