Növbəti anti-Rusiya sanksiyaları çərçivəsində Böyük Britaniya bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi sanksiya siyahısına bütün regional və federal nazirləri, habelə iri Rusiya şirkətlərinin direktorlarını və yüksək rütbəli menecerlərini daxil edəcək.
Məhdudlaşdırıcı tədbirlər federal və ştat departamentlərinin və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorundakı şirkətlərə, habelə Rusiya mediasının rəhbərliyinə də təsir edəcək.
Ölkə hakimiyyəti belə bir addımın atılması zərurətini Rusiya rəhbərliyinə siyasi təzyiqi artırmaq və guya Kremlə bağlı elitalar” tərəfindən təmsil olunan milli təhlükəsizliyə təhdidləri azaltmaq niyyəti ilə izah edir. Daxili İşlər Nazirliyi sanksiya tətbiq edilən şəxslərin tam siyahısını açıqlayacaq.
Yeganə