Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı həbs qərarına hörmət edilməli və icra edilməlidir.
Elchi.az xəbər verir ki, İordaniyada təmaslarda olan Borrell , Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Gallant üçün həbs qərarı çıxarmaq qərarını qiymətləndirib.
Qərarın siyasi olmadığını bildirən Borrell, “Məhkəmənin qərarına hörmət edilməli və həyata keçirilməlidir”, – deyib.
Bütün AB ölkələrinə çağırış edən Borrell, “Aİ də daxil olmaqla bütün məhkəməyə üzv dövlətləri qərarı icra etməyə dəvət edirəm”- ifadəsini işlədib.
Nuranə Məmmədova