ABŞ dövlət katibi Antoni Blinken İsrailə gəlib.
Elchi.az xəbər verir ki, Blinken İsraildə Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu və ölkə prezidenti Yitzhak Hersoqla görüşməyi planlaşdırır.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin dünən verdiyi məlumata görə, Blinkenin Yaxın Şərq ölkələrinə turnesi oktyabrın 21-25-də baş tutacaq. O, Qəzza zolağında atəşkəsin, bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabının yüngülləşdirilməsinin vacibliyini, həmçinin İsrail ilə Livan şiələri arasında münaqişənin diplomatik yolla həllinin zəruriliyini müzakirə etmək niyyətindədir.
Yeganə