Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, Ukraynada sülh yalnız Ukrayna və avropalılarla əldə edilə bilər, çünki ABŞ və Rusiya Ukrayna müharibəsi ilə bağlı ən yüksək səviyyədə dialoq aparacaqlar.
Elchi.az xəbər verir ki, “Sülh yalnız Ukrayna və biz avropalılarla birlikdə əldə edilə bilər. Ukrayna üçün davamlı sülh yalnız güclü təhlükəsizlik zəmanəti və güclü mövqe ilə əldə edilə bilər”, – Annalena Berbok X platformasında Xarici İşlər Nazirliyinin hesabında verdiyi açıqlamada bildirib.
“Ukrayna sülh istəyir, biz avropalılar sülh istəyir, amerikalılar sülh istəyir. Əgər (Rusiya prezidenti Vladimir) Putin nəhayət ki, Ukraynaya qarşı müharibəsini bitirməyə gəlibsə, bu, çoxdan gecikmiş bir addım olacaq”, – Berbok deyib.
Kremldən bu gün verilən açıqlamada Putin və Trampın 1,5 saatlıq görüş keçirdiyi bildirilib.
ABŞ prezidenti Tramp da Truth Social platformasında verdiyi açıqlamada Rusiya lideri ilə uzun və məhsuldar görüş keçirdiklərini və Ukraynada müharibənin sona çatması üçün Rusiya ilə danışıqlara başlamaq üçün razılaşdıqlarını bildirib.
Şayəstə Hüseynova