Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Beyrutdakı səfirliyini yenidən açmaq üçün Livana nümayəndə heyəti göndərib.
Elchi.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, BƏƏ-nin Beyrutdakı səfirliyinin yenidən açılmasına hazırlıq işləri çərçivəsində Livana nümayəndə heyətinin göndərildiyi bildirilib.
BƏƏ prezidenti Məhəmməd bin Zayedin Livan prezidenti Cozef Aun ilə telefon danışığından sonra belə bir göstəriş verdiyinə işarə edilən açıqlamada, “Səfirliyin yenidən açılması iki ölkə və onların dost xalqları arasındakı qardaşlıq münasibətlərini əks etdirir” , – deyilib.
Livanın İnformasiya naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Əbu-Dabi Beyrutdakı diplomatlarını geri çəkib və vətəndaşlarına Livana səyahətini qadağan edib.
Şayəstə Hüseynova