image-17backend

“Bayden üçüncü dünya müharibəsini başlamağa çalışır”-Kirk

Amerikalı jurnalist Çarli Kirk ABŞ prezidentinin Kiyevə Rusiyanın tanınmış ərazilərinə uzaqmənzilli raket zərbələri endirməsinə icazə vermək niyyəti ilə bağlı fikirlərini bildirib.

Elchi.az xəbər verir ki, siyasi fəalın fikrincə, qərar ağılsızlıqdır.

O, Co Bayden administrasiyasını belə bir addımın nəticələri və Moskvanın güzgü cavabı barədə düşünməyə çağırıb.

“Bu, üçüncü dünya müharibəsinə başlamaq cəhdidir, təsəvvür edin, əgər Moskva Amerikaya hücum etmək üçün kiməsə raketlər versə, reaksiya necə olacaq”, – Kirk ritorik şəkildə soruşdu. Bundan əvvəl Axios portalı Baydenin mümkün qərarı barədə məlumat vermişdi. Nəşr iddia edir ki, Vaşinqton bir neçə gün əvvəl Kiyevə zərbələr üçün yaşıl işıq yandırıb.

Lakin Ağ Ev bu məlumatı rəsmən təsdiqləməyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki