image-1730926164_kurdistan24backend

Bayden Trampı təbrik edib

ABŞ prezidenti Co Bayden yeni seçilmiş prezident Donald Trampa zəng edərək onu seçkidə qələbəsi münasibətilə təbrik edib.
Elchi.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Baydenin Trampı seçki qələbəsi münasibətilə təbrik etdiyi və keçid prosesini müzakirə etmək üçün Ağ Evə dəvət etdiyi bildirilib.
Ağ Ev, dəvətin tarixinin hələ dəqiq olmadığını və Baydenin sabah xalqa müraciət etməyi planlaşdırdığını bildirib.
Bildirilib ki, Bayden Demokratlar Partiyasının prezidentliyə namizədi və vitse-prezident Harrislə də görüşüb və onu seçki kampaniyası münasibətilə təbrik edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki