image-qaz-7backend

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Elchi.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Ələt qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə rayonun Ələt qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki