“Azərbaycan hərbçiləri dünyaya nümünə göstərdilər” -bu sözləri Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VIII Qlobal Bakı Forumun keçirilməsi ilə bağlı “Hüquqi Təhil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli öz münasibətini bildirərkən qeyd edib.
“VIII Qlobal Bakı Forumunun əsas güclü cəhətlərindən biri də, keçirilən tədbirin böyük dövlətlər tərəfindən əhəmiyyətliliyinin qəbul edilməsidir. Bu mənada Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə forumla bağlı müraciətinin ünvanlaması və burada Azərbaycanın beynəlxalq məsələlərdə artan rolunu, həmçinin kimyəvi silahların istifadə olunmasına qarşı mübarizədə və narkotik vasitələr qaçaqmalçılığının qarşısının alınmasında dəstəyini, işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi istiqamətindəki fəaliyyəti, Qoşulmama Hərəkatında sədrliyini və son təxliyələr zamanı Kabil hava limanının təhlükəsizliyinin təmin olunmasında Azərbaycan hərbiçilərinin göstərdiyi köməyinin qeyd etməsi böyük əhəmiyyət daşıyır” -deyə Ramil İsgəndərli bildirib .