image-1734157596-1674286799-din_-768x403backend

Axtarışda olan 128 nəfər saxlanıldı

Dekabrın 13-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki