Avropa İttifaqı ABŞ-yə qarşı yeni tariflərin hazırlanmasını davam etdirəcək, lakin danışıqlara şans vermək üçün onların tətbiqini 90 gün müddətinə təxirə salıb.
Elchi.az -ın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
“Biz ABŞ Prezidenti Donald Trampın açıqlamasını nəzərə aldıq. Danışıqlara şans vermək istəyirik. Üzv ölkələrimiz tərəfindən güclü dəstək alan Avropa İttifaqının əks tədbirlərinin icrasını 90 gün müddətinə dayandıracağıq”, – Fon der Lyayen qeyd edib.
O qeyd edib ki, danışıqlar qənaətbəxş nəticə vermədiyi təqdirdə tariflər qüvvəyə minəcək: “Əlavə əks tədbirlər üzrə hazırlıq işləri davam edir. Daha əvvəl də dediyim kimi, bütün variantlar masada qalır”.
Xavər